• 22.01.2025

ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN XANIM ƏMƏKDAŞI 50 İLLİK QÜSURSUZ XİDMƏTİNƏ GÖRƏ MÜKAFATLANDIRILIB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən və xidmətdə fərqlənən şəxsi heyətin həvəsləndirilməsi istiqamətində müvafiq addımlar atır.

1975-ci ildən cəzaçəkmə müəssisələrində müxtəlif mülki vəzifələrdə çalışan və yanvarın 13-də ədliyyə orqanlarında işə başlamasının 50 illiyini qeyd edən Penitensiar xidmətin əməkdaşı Babayeva Valentina Aleksandrovna ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilərək mükafatlandırılıb.

Nazir müavini xidmətinə görə V.Babayevaya təşəkkürünü bildirib, işində və şəxsi həyatında uğurlar arzulayıb. Qeyd olunub ki, onun çətin və şərəfli iş təcrübəsi ədliyyə orqanlarında, o cümlədən Penitensiar xidmətdə çalışan gənc kadrlara nümunədir.