• 31.01.2025

MƏHKUMLAR ÜÇÜN NÖVBƏTİ AŞPAZLIQ KURSU TƏŞKİL OLUNUB

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə məhkum olunmuş şəxslərin peşə bacarıqlarının artırılması məqsədilə birgə layihə həyata keçirilir.

Layihə çərçivəsində məhkumlar yaradılmış bu imkandan faydalanır, mütəxəssislər tərəfindən aparılan dərslərdə iştirak edir və aşpazlıq peşə biliklərinə yiyələnirlər.

16 saylı cəzaçəkmə müəssisəsində təşkil olunmuş növbəti təlim kurslarını uğurla bitirmiş məhkumlara müvafiq sertifikatlar təqdim olunub.