• 06.02.2025

FÖVQƏLADƏ HALLAR ZAMANI DAVRANIŞ QAYDALARI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında şəxsi heyətə fövqəladə hadisələr, o cümlədən yanğın zamanı düzgün davranış qaydalarının aşılanması və əməkdaşların xilasetmə üzrə peşəkar bacarıqlarının artırılması istiqamətində mütəmadi təlimlər keçirilir.

Növbəti təlim İxtisaslaşdırılmış müalicə müəssisəsində təşkil edilib. “Yanğının baş vermə səbəbləri və görüləcək ilkin tədbirlər” mövzusunda keçirilmiş təlimdə müasir yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları, həmçinin yanğın zamanı xilasetmə işlərinin həyata keçirilməsi və zərurət yarandığı halda ilkin tibbi yardımın göstərilməsi haqqında təqdimatlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.