VƏKİLLƏR CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq cari il ərzində də cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında müxtəlif vəkil bürolarını təmsil edən vəkillər tərəfindən məhkum və həbs edilmiş şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi davam etdirilir.
Keçirilmiş növbəti görüşlər zamanı 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində 103 məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.