• 13.03.2025

MƏHKUMLARLA DİNİ MÖVZUDA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində cəzaçəkmə müəssisələrində məhkumların iştirakı ilə mütəmadi olaraq seminar-treninqlər təşkil olunur, aktual mövzular üzrə maarifləndirmə işi görülür.

Məhkumlarla növbəti görüş 10 və 11 saylı cəzaçəkmə müəssisələrində “Orucluğun mahiyyəti, ictimai əhəmiyyəti və məsuliyyəti” mövzusunda keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İlahiyyət İnstitutunun məsul əməkdaşları mövzu ətrafında çıxışlar edib, müzakirələr aparılıb, suallar cavablandırılıb.