ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 102-Cİ İLDÖNÜMÜ ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ QEYD OLUNUB
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində, o cümlədən tabe qurumlarda Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətinə həsr olunmuş sənədli film izlənilib.
