• 23.05.2025

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ İLƏ ƏMƏKDAŞLIQ DAVAM EDİR

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində tabe qurumlarda mütəmadi olaraq seminar-treninqlər təşkil olunur, aktual mövzular üzrə maarifləndirmə işi aparılır.

Növbəti görüş Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən əsgərlərlə “Dinin mahiyyəti: sülh, mərhəmət və mənəviyyat” mövzusunda keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları mövzu ətrafında çıxışlar edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.