• 11.06.2025

ƏMƏKDAŞLAR ÜÇÜN İNSAN HÜQUQLARI İLƏ BAĞLI MƏŞĞƏLƏ TƏŞKİL OLUNUB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri tərəfindən insan haqlarına dair məşğələ keçirilib.

Tədbirin keçirilməsində məqsəd insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətləri və qarşıda duran vəzifələri əməkdaşların diqqətinə çatdırmaqdır.

Məşğələ zamanı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının inkişafı, Milli Preventiv Mexanizmin təşkilinin tarixi, bu sahəni tənzimləyən qanunvericilik bazası, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş işlər, Ombudsman əməkdaşları tərəfindən həyata keçirilən başçəkmələr barədə iştirakçılara məlumat verilib.