• 21.06.2025

VƏKİLLƏR PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ NÖVBƏTİ PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

İyunun 20-də Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində saxlanılan şəxslərə vəkillər tərəfindən hüquqi yardım göstərilib.

Ümumilikdə  50-yə yaxın məhkuma müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.