• 11.07.2025

QADIN MƏHKUMLAR ARASINDA BİLİK YARIŞI KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə “Gənclər siyasəti” haqqında Azərbaycan Respublikasının Qanununa və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkən gənc məhkumlar üçün bir sıra tədbirlər təşkil olunur.

Bu dəfə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən gənc qadın məhkumlar üçün bilik yarışı keçirilib. Yarışda iştirak edən məhkumlar komanda şəklində sualları cavablandırıb, bacarıqlarını nümayiş etdiriblər. İntellektual yarışın qaliblərinə hədiyyə, sertifikatlar və diplomlar təqdim olunub.