• 15.07.2025

YENİYETMƏ MƏHKUMLARIN HÜQUQ VƏ AZADLIQLARININ MÜDAFİƏSİ DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR

Yeniyetmə məhkumların hüquq və azadlıqlarının qorunması, sosial adaptasiyasının və reinteqrasiyasının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsi, tərbiyə işinin təşkilinin səmərəliliyinin artırılması daim diqqət mərkəzindədir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində təşkil olunan növbəti tədbirdə yeniyetmə məhkumlarla idman, onun əhəmiyyəti, insan sağlamlığına xeyiri ətrafında söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Penitensiar xidmətin respublika və dünya arenalarında mötəbər turnirlərdə uğur qazanmış idmançı əməkdaşları tədbirdə iştirak edib, öz uğur hekayələrini bölüşüblər.

Daha sonra “Ədliyyə” futbol komandasının üzvləri və məhkumlardan ibarət komandalar arasında minifutbol yarışı təşkil olunub. Həmçinin Penitensiar xidmətin əməkdaşları və məhkumlar təşkil olunmuş voleybol yarışında da güclərini sınayıblar. Yarışların qalibləri mükafatlandırılıblar.