• 22.07.2025

MÜHAFİZƏ ALAYINDA ƏSGƏRLƏRLƏ SEMİNAR-TRENİNQ KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında müddətli həqiqi-hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin iştirakı ilə seminar-treninq keçirilib. Tədbirin əsas məqsədi əsgərlərin psixoloji durumunun, onlarla aparılan tərbiyəvi işin daim nəzarətdə saxlanılması olub.

Gənc əsgərlərdə psixi gərginliklərin, davranışlarda yarana biləcək neqativ dəyişikliklərin aradan qaldırılması, qarşılıqlı münasibətlər sisteminin tənzimlənməsi və vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün mütəmadi olaraq onların iştirakı ilə görüşlər və tədbirlər təşkil olunur, fərdi psixoloji söhbətlər aparılır.

Mövzular ətrafında əsgərlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.