MƏHKUMLARLA NARKOMANLIĞA QARŞI NÖVBƏTİ MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində Komissiyanın İşçi qrupu tərəfindən 2 və 17 saylı cəzaçəkmə müəssisələrində məhkumlar üçün növbəti seminar-treninq keçirilib.
Tədbirdə narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında məlumat verilib, müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Bakı Şəhər Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

