• 23.08.2025

CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ DİNİ MAARİFLƏNDİRMƏ ÜZRƏ NÖVBƏTİ GÖRÜŞLƏR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində mütəmadi olaraq seminar-treninqlər təşkil olunur və maarifləndirmə işi həyata keçirilir.

Ümumilikdə 50 nəfərə yaxın məhkumun iştirak etdiyi növbəti görüşlər “Multikultural cəmiyyətdə ifrat məzhəbçiliyin yaratdığı problemlər” mövzusunda 6 və 16 saylı cəzaçəkmə müəssisələrində təşkil edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları mövzu ətrafında çıxışlar edib, müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.