VƏKİLLƏR CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi çərçivəsində avqustun 27-də 7 və 16 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların vəkillər tərəfindən qəbulu keçirilib.
Qəbula yazılmış ümumilikdə 70-ə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

