MƏHKUMLARLA DİNİ MAARİFLƏNDİRMƏ MÖVZUSUNDA GÖRÜŞLƏR KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində mütəmadi olaraq tədbirlər təşkil olunur və maarifləndirmə işi həyata keçirilir.
12 və 13 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 50 nəfərə yaxın məhkumun iştirakı ilə “Dini fanatizm – cəhalətə aparan yol” mövzusunda təşkil edilmiş növbəti görüşlərdə Dövlət Komitəsinin məsul əməkdaşları çıxışlar edib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

