VƏKİLLƏR CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir.
10 və 11 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən ümumilikdə 40-a yaxın məhkumun müraciəti vəkillər tərəfindən dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.

