• 31.10.2025

MÜHAFİZƏ ALAYINDA SEMİNAR-TRENİNQ KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında müddətli həqiqi-hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin psixoloji durumunun və onlarla aparılan tərbiyəvi işin daim nəzarətdə saxlanılması məqsədilə seminar-treninq keçirilib.

Tədbirin əsas məqsədi gənc əsgərlərdə psixi gərginliklərin aradan qaldırılması və qarşılıqlı münasibətlər sisteminin tənzimlənməsi, vətənpərvərlik ruhunun daha da yüksəldilməsi olub.

Mövzular ətrafında əsgərlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bundan əlavə, əsgərlər üçün fərdi psixoloji yardım təşkil olunub.