• 13.11.2025

“UŞAQ HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində “Uşaq Hüquqları Aylığı” çərçivəsində müəssisə əməkdaşları və yeniyetmə məhkumlar üçün təlim keçirilib.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin əməkdaşları tərəfindən təlim iştirakçıları üçün mühazirələr deyilib.

"Penitensiar sistemdə yuvenal ədliyyə prinsipləri və uşaq hüquqları” və “Narkotik risklərin idarə olunması və profilaktika tədbirləri” mövzularında edilmiş çıxışlar ətrafında maarifləndirici söhbətlər aparılıb, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr edilib və sualları cavablandırılıb.