ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB
22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində tədbir keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədovun təbrikini şəxsi heyətə çatdırıb, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.
Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı gününün hər il Ulu Öndərə dərin minnətdarlıq hissi ilə qeyd olunduğu xatırlanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarında aparılan islahatlar çərçivəsində Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirildiyi, infrastrukturun müasirləşdirildiyi nəzərə çatdırılıb.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup əməkdaş mükafatlandırılıb.

