• 01.12.2025

MƏHKUMLARLA NARKOMANLIĞA QARŞI MÜBARİZƏ MÖVZUSUNDA TƏDBİRLƏR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində Komissiyanın İşçi qrupu tərəfindən azadlıqdan məhrum edilmiş şəxslər üçün mütəmadi olaraq seminar-treninqlər təşkil olunur.

12 və 13 saylı cəzaçəkmə müəssisələrində məhkumlarla keçirilmiş növbəti görüşlərdə narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında çıxışlar edilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.