VƏKİLLƏR DAHA 3 PENİTENSİAR MÜƏSSİSƏDƏ PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir.
Bu dəfə 14 saylı cəzaçəkmə müəssisəsi, Umbakı və Qobustan penitensiar müəssisələrində cəza çəkən ümumilikdə 50-yə yaxın məhkumun müraciəti vəkillər tərəfindən dinlənilib, onlara geniş hüquqi izahat verilib, sualları cavablandırılıb.

