• 13.12.2025

QADIN VƏ YENİYETMƏ MƏHKUMLAR ÜÇÜN NARKOMANLIĞA QARŞI MÜBARİZƏ MÖVZUSUNDA TƏDBİRLƏR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslər üçün mütəmadi olaraq seminar-treninqlər təşkil olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Komissiyanın İşçi qrupu tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində keçirilmiş növbəti görüşlərdə narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında çıxışlar edilib, müzakirələr aparılıb, qadın və yeniyetmə məhkumları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər Narkoloji Mərkəzinin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin məsul əməkdaşları iştirak ediblər.