20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlik əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.

