ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİM KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə 2, 17 saylı cəzaçəkmə müəssisələrinin və İxtisaslaşdırılmış Müalicə müəssisəsinin əməkdaşları üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.
Tədbirlərdə təlimçi kimi çıxış edən Səhiyyə Nazirliyinin məsul əməkdaşı iştirakçılara narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

