MƏHKUMLARLA NARKOMANLIĞA QARŞI MÜBARİZƏ MÖVZUSUNDA TƏDBİRLƏR KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində cari il ərzində azadlıqdan məhrum edilmiş şəxslər üçün seminar-treninqlər davam etdirilir.
1 və 15 saylı cəzaçəkmə müəssisələrində məhkumlarla keçirilmiş növbəti görüşlərdə Komissiyanın İşçi qrupu tərəfindən narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında çıxışlar edilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

