DAHA DÖRD PENİTENSİAR MÜƏSSİSƏDƏ ƏMƏKDAŞLAR ÜÇÜN TƏLİM KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə cari il ərzində cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməkdaşlar üçün mütəmadi təlimlər keçirilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təşkil olunmuş növbəti təlimlər 1, 6, 15 saylı cəzaçəkmə müəssisələri və Müalicə Müəssisəsində təşkil edilib.
Təlimçi kimi çıxış edən Səhiyyə Nazirliyinin məsul əməkdaşı iştirakçılara narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

