• 28.02.2026

MƏHKUMLARLA DİNİ MAARİFLƏNDİRMƏ MÖVZUSUNDA GÖRÜŞLƏR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində cari il ərzində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması və maarifləndirmə işi istiqamətində tədbirlər davam etdirilir.

Növbəti dəfə 10 və 11 saylı cəzaçəkmə müəssisələrində “Orucun əhəmiyyəti: mənəvi təmizlik və səbr” mövzusunda təşkil edilmiş görüşlərdə Dövlət Komitəsinin məsul əməkdaşları çıxışlar edib, mövzu ətrafında müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.