MƏHKUM QADINLARIN HÜQUQU MAARİFLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ TƏDBİR KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində azadlıqdan məhrum edilmiş qadınların hüquqlarının müdafiəsi, sosial problemlərinin öyrənilməsi və həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən sosial adaptasiyası və reinteqrasiyası məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.
Bundan irəli gələrək, məhkum qadınların hüquqi məlumatlandırılması, onları maraqlandıran məsələlərin izah edilməsi məqsədilə Komitə əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində növbəti qəbul keçirilib.
25 nəfərə yaxın məhkumla fərdi qaydada görüşən mütəxəssislər onlara müxtəlif hüquqi və sosial məsələlər ətrafında geniş izahat verib, suallarını cavablandırıb.

