• 16.03.2026

ƏMƏKDAŞLAR ÜÇÜN NARKOTİKLƏRLƏ MÜBARİZƏ MÖVZUSUNDA NÖVBƏTİ TƏLİMLƏR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə xidmət əməkdaşları üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda  növbəti təlimlər Bakı istintaq təcridxanası, 4 və 16 saylı cəzaçəkmə müəssisələrində təşkil edilib.

Təlimçi kimi çıxış edən Səhiyyə Nazirliyinin məsul əməkdaşı iştirakçılara narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.