• 17.03.2026

VƏKİLLƏR İSTİNTAQ TƏCRİDXANALARINDA PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün həyata keçirilən pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Növbəti dəfə Bakı istintaq təcridxanasında və 3 saylı istintaq təcridxanasında ümumilikdə 35 nəfərə yaxın məhkum və həbs edilmiş şəxsin müraciəti dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.