• 20.03.2026

MÜHAFİZƏ ALAYININ ƏSGƏRLƏRİ ÜÇÜN BAYRAM TƏDBİRİ TƏŞKİL OLUNUB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının bölüklərində xidmət edən əsgərlər Ramazan və Novruz bayramlarını qeyd ediblər.

 

Ədəbi-bədii kompozisiyaların təqdim edildiyi tədbir zamanı Novruz bayramının xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini və birlik ənənələrini özündə yaşatdığı vurğulanıb. Tədbir konsert proqramı ilə davam edib.

 

Sonda xidmətdə fərqlənən əsgərlər mükafatlandırılıblar.