• 20.03.2026

YETKİNLİK YAŞINA ÇATMAYAN MƏHKUMLAR ÜÇÜN BAYRAM KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində Novruz və Ramazan bayramları münasibətilə tədbir təşkil olunub.

Yeniyetmə məhkumlar tərəfindən hazırlanmış bədii hissədə səhnəciklər, rəqs, şeir və musiqi nümunələri nümayiş etdirilib.

Novruzun rəmzlərini və qədim adət-ənənələrini əks etdirən əyləncəli və musiqili proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.