• 10.04.2026

NARKOMANLIĞA QARŞI MÜBARİZƏ MÖVZUSUNDA NÖVBƏTİ TƏDBİRLƏR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslər üçün keçirilən seminar-treninqlər davam etdirilir.

Komissiyanın İşçi qrupu tərəfindən 7 və 16 saylı cəzaçəkmə müəssisələrində keçirilmiş növbəti görüşlərdə narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında çıxışlar edilib, müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.