ƏMƏKDAŞLAR ÜÇÜN NARKOTİKLƏRLƏ MÜBARİZƏ MÖVZUSUNDA TƏLİMLƏR DAVAM ETDİRİLİR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Xidmət əməkdaşları üçün mütəmadi təlimlər keçirilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda növbəti təlimlər 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrində təşkil edilib.
Təlimçi kimi çıxış edən Səhiyyə Nazirliyinin məsul əməkdaşı narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında mühazirə ilə çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

