• 21.04.2026

VƏKİLLƏR QADIN VƏ YENİYETMƏ MƏHKUMLARA PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilir.

4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində ümumilikdə 35 nəfərə yaxın qadın və 10 nəfərə yaxın yeniyetmə məhkumu qəbul edən vəkillər tərəfindən onların müraciəti dinlənilib, müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.