• 04.05.2026

XİDMƏTƏ YENİ ÇAĞIRILMIŞ ƏSGƏRLƏR ÜÇÜN SEMİNAR - TRENİNQ KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında müddətli həqiqi-hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərə psixoloji dəstək, maarifləndirmə və onların fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədilə təlim keçirilib.

Tədbirin əsas məqsədi sosial münasibətlər, adaptasiya, ünsiyyət bacarıqlarının inkişafı və vətənpərvərlik ruhunun daha da yüksəldilməsi olub.

Mövzular ətrafında əsgərlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb, həmçinin fərdi psixoloji dəstək təşkil olunub.