• 08.05.2026

Ədliyyə Nazirliyinin komandası mötəbər turnirin bürünc mükafatçısı olub

Mayın 7-də Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin final mərhələsi keçirilib.

Mötəbər turnirin ardıcıl iki dəfə qalibi olmuş Ədliyyə Nazirliyinin komandası Azərbaycan Respublikasının Baş Prokurorluğunun komandası ilə üçüncü yer uğrunda görüşdə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 2:1 hesabı ilə qalib gələn Ədliyyə Nazirliyinin komandası bu dəfə də mükafatçılar sırasına qatılaraq bürünc medalın sahibi olub.

Uğur münasibətilə həmkarlarımızı ürəkdən təbrik edir, onlara daima nailiyyətlər arzulayırıq.