YENİYETMƏ MƏHKUMLAR ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ YARIŞLARDA İŞTİRAK EDİBLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.
Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun tarixi xidmətləri barədə maraqlı çıxışlar dinlənilib, həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin dəfələrlə qalibi və mükafatçısı olmuş Ədliyyə Nazirliyinin komandası ilə yeniyetmələr arasında mini turnir təşkil edilib.
Yetkinlik yaşına çatmayan məhkumlar həmçinin, intellektual yarışda da biliklərini sınayıblar.
Sonda hər iki yarışın qalibləri mükafatlandırılıblar.

