MƏHKUMLAR ÜÇÜN DİNİ MAARİFLƏNDİRMƏ MÖVZUSUNDA NÖVBƏTİ TƏDBİRLƏR KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında cari il üzrə imzalanmış birgə tədbirlər planına uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
"İnsan Hüquqları Aylığı" çərçivəsində 12 və 13 saylı cəzaçəkmə müəssisələrində “Sülh dili: qarşılıqlı hörmət və anlayış” mövzusunda təşkil edilmiş növbəti görüşlərdə Dövlət Komitəsinin məsul əməkdaşları çıxışlar edib, mövzu ətrafında müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.

