MƏHKUM QADINLARIN ÖVLADLARI İLƏ GÖRÜŞÜ TƏŞKİL EDİLİB
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İnsan Hüquqları Aylığı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində "Açıq qapı" günü təşkil edilib.
Məhkum qadınlar uşaq evlərindən onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.
Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram və animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular böyük sevinc hissi ilə qarşılanıb.

