MƏHKUMLAR ÜÇÜN NÖVBƏTİ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında cari il üzrə imzalanmış birgə tədbirlər planına uyğun olaraq "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər təşkil edilib.
Azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması və maarifləndirilməsi istiqamətində növbəti görüşlər 7 və 16 saylı cəzaçəkmə müəssisələrində “Dini-mənəvi dəyərlər kontekstində ictimai məsuliyyət” mövzusunda keçirilib.
Tədbirdə Dövlət Komitəsinin məsul əməkdaşlarının çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.

