MƏHKUM QADINLAR ÜÇÜN İNSAN HÜQUQLARI AYLIĞI ÇƏRÇİVƏSİNDƏ TƏLİM TƏŞKİL EDİLİB
"İnsan Hüquqları Aylığı" çərçivəsində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Nazirliyin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar üçün insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması məqsədilə təlim təşkil edilib.
“İnsan hüquqları hər kəs üçündür” mövzusunda keçirilmiş tədbirdə Ədliyyə Akademiyasının və Tibb baş idarəsinin məsul əməkdaşları “Qadın məhkumların hüquqları və inklüziv cəmiyyət: Banqkok qaydaları işığında” və “İnsan hüquqları prizmasından qadınlarla iş, psixo-sosial dəstək və cəmiyyətə uğurlu adaptasiya mexanizmləri” mövzusunda çıxışlar edilib.
Məhkumlar tərəfindən maraqla qarşılanan təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

