• 17.06.2026

ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN HƏRBİ QURUMLARINDA TƏLİMLƏR TƏŞKİL EDİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində xidmət əməkdaşları üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təlimlər təşkil edilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında və Konvoy taborunda hərbi xidmət keçən əsgərlər, eləcə də əməkdaşlar üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təşkil edilmiş təlimlərdə Səhiyyə Nazirliyinin məsul əməkdaşı tərəfindən narkomaniyanın doğurduğu nəticələr və bir sıra xəstəliklərin yayılması yolları haqqında çıxışlar dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.