• 22.06.2026

ƏMƏKDAŞLAR ÜÇÜN YANĞINDAN MÜHAFİZƏ MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabe qurumlarında çalışan əməkdaşların fövqəladə hallar və yanğın zamanı düzgün davranış və təhlükəsizlik qaydaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlim İxtisaslaşdırılmış müalicə müəssisəsində keçirilib.

Nazirliyin Penitensiar xidmətinin və Tibb baş idarəsinin məsul əməkdaşlarının iştirakı ilə təşkil olunmuş təlimdə mühazirəçilər tərəfindən əməkdaşlara yanğın təhlükəsizliyi qaydaları, yanğınsöndürmə balonlarının növləri və istifadə qaydaları, müəssisədə qurulmuş yanğın təhlükəsizliyi sistemi, hadisə zamanı xəsarət almış şəxslərə ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda təlimlə bağlı məlumatları əks etdirən “Yanğın baş verən zaman əməkdaşın görəcəyi ilk iş” mözusunda videoçarx nümayiş etdirilib.