MƏHKUMLARA VƏKİLLƏR TƏRƏFİNDƏN PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün növbəti dəfə pulsuz hüquqi yardım və maarifləndirmə həyata keçirilib.
6 saylı cəzaçəkmə müəssisəsi və Müalicə müəssisəsində ümumilikdə 30 nəfərə yaxın məhkumun müraciəti dinlənilib və müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib.

