VƏKİLLƏR NÖVBƏTİ DƏFƏ PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu və maarifləndirmə işləri davam etdirilir.
Növbəti dəfə 2 saylı istintaq təcridxanası və Şəki penitensiar müəssisəsində ümumilikdə 30 nəfərə yaxın məhkum və həbs edilmiş şəxsin müraciəti dinlənilib, müxtəlif məsələlər ətrafında onlara pulsuz hüquqi yardım göstərilib və müvafiq izahat verilib.

