• 07.08.2026

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNƏ KİTABLAR HƏDİYYƏ EDİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə əməkdaşlıq çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən icra olunan “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində 4, 9, 11, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinə, Umbakı, Şəki və Lənkəran penitensiar müəssisələrinə kitab rəfləri və dini, fəlsəfə, tarix, ədəbiyyat, humanitar sahələrə aid ümumilikdə 800 ədəd kitab hədiyyə edilib.