Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumlarının əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində ötən il itkin düşmüş Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi faktı aşkarlanıb.
Məhkum tərəfindən həbs edilməmişdən əvvəl anasının öldürülməsi, daha sonra isə meyitin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində basdırılması müəyyən olunub.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə həmin ünvanda qazıntı işləri aparılıb və orada insan skeleti aşkar edilərək götürülüb.

