• 19.08.2026

VƏKİLLƏR TƏRƏFİNDƏN PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu və maarifləndirmə işləri davam etdirilir.

Vəkillər tərəfindən 7 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 55 nəfərə yaxın məhkumun müraciəti dinlənilib, müxtəlif məsələlər ətrafında onlara pulsuz hüquqi yardım göstərilib və müvafiq izahat verilib.